Рубрика: Gammafertil
Gammafertil
Пятница, 01 Мар 2013
GAMMAFERTIL
İstifadəsi üzrə təlimat
Tərkibi:
Təsiredici maddələr: 2 tabletin tərkibində aşağıdakı maddələr vardır:
L-karnitin – 600 mq, L-arginin – 500 mq, Qlutation – 80 mq, Sink – 45 mq, E vitamini – 72 mq, Koenzim Q10 – 30 mq, Fol turşusu – 0,8 mq, Selen – 54,8 mkq, B12 vitamini – 4,0 mkq.
Farmakoloji xüsusiyyətləri:
Tədqiqatlar göstərmişdir ki, Qammafertilin tərkibindəki bioloji aktiv maddələrin qəbulu spermanın kəmiyyət və keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşmasına, spermoqrammanın isə tam normallaşmasına kimi gətirib çıxara bilir.
L-Karnitin — orqanizmdə sintez olunur və spermatozoidlər üçün enerji mənbəyi rolunu oynayır. L-Karnitin spermatozoidlərin hərəkətliliyini və keyfiyyətini artırır.
L-Arginin — orqanizm tərəfindən sintez olunan aminturşulardan biridir. O, insan orqanizminə çoxlu miqdarda lazımdır. L-argininin spermatozoidlərin sayı və hərəkətliliyini artırması tədqiqatlarla sübuta yetirilmişdir. L-arginin azot oksid sintezini artıraraq cinsi orqanlara qan axımını yaxşılaşdırır. Beləliklə, erektil disfunksiyalarda da yüksək klinik effekt göstərir.
Qlutation və selen — hər iki komponent sərbəst radikalları birləşdirməkdə kifayət qədər effektlidirlər. Çox güclü antioksidant olmaqla toxumalara zədələyici təsirin qarşısını alırlar. Hər iki antioksidant spermatozoidlərin hərəkətliyini artırmaq xüsusiyyətlərinə malikdir.
Koenzim Q10 – spermanın mayalandırıcı funksiyasını və keyfiyyətini, eləcə də spermatozoidlərin hərəkətliliyini artırır.
Sink – orqanizmdə bir sıra biokimyəvi proseslərdə iştirak etmək və antioksidant təsir göstərməklə yanaşı, spermatozoidlərin möhkəmliyini artırır, sürətlə hərəkət edən spermatozoidlərin sayını, spermatogenez üçün lazım olan testesteronun səviyyəsini artırır.
E vitamini – spermatozoidlərin hərəkətini yaxşılaşdırır, onların yumurtahüceyrələrə daxil olma qabiliyyətini artırır, antioksidant təsir göstərir.
Fol turşusu – hüceyrələrin bölünmə və çoxalması, qanyaranma, sinir hüceyrələrində metabolizm prosesləri üçün həyati vacib komponentdir. Hollandiyada aparılmış son tədqiqatlar fol turşusunun normal morfologiyalı spermatozoidlərin miqdarını artırdığını göstərmişdir.
B12 vitamini – hormonal balansı normallaşdırır, testosteron sintezində iştirak edir, immuniteti artırır, prostat hüceyrələrini fəallaşdırır.
İstifadə qaydası və dozası:
Gündə 2 tablet, az miqdarda su ilə qəbul edilir. Spermatogenez fazasının optimallaşması üçün preparatı 3 aydan az olmayaraq qəbul etmək lazımdır.
Əlavə təsirləri:
Preparatın istifadəsi zamanı hər hansı əlavə təsir müşahidə olunmamışdır.
Əks göstərişləri:
Preparatın komponentlərinə qarşı individual həssaslıq, hamiləlik və laktasiya dövrü. İstifadədən əvvəl həkiminizlə məsləhətləşin.
Yararlılıq müddəti:
3 il.
Saxlanma şəraiti:
Uşaqların əli çatmayan, sərin və quru yerlərdə saxlayın.
Buraxılış forması:
Blisterdə 10 tablet. Hər qutuda 6 blister.
İstehsalçı:
Gricar Chemical S.r.l., Via San Giuseppe 18/20, Brugherio (MBİ), İtaliya.