Gammafertil Prenatal

GAMMAFERTİL PRENATAL nədir?

GAMMAFERTİL PRENATAL kombinə olunmuş metabolik aktiv vasitə olaraq hər 1 həbin tərkibində aşağıdakı bioloji aktiv maddələrdən  ibarətdir: Vitamin A – 1200 mkq (4000 BV),  vitamin D3 – 7,5 mkq (300 BV),  vitamin E – 30 mq, vitamin C – 100 mq,  vitamin B1 – 1,8 mq,  vitamin B2 – 1,6 mq,  vitamin B3 – 20 mq, vitamin B6 – 2,5 mq, fol turşusu – 0,4 mq, vitamin B12 – 10 mkq, kalsium pantotenat – 10 mq,  biotin – 50 mkq,  kalsium – 200 mq, maqnezium – 100 mq,  dəmir – 30 mq, sink – 12,5 mq,  mis – 1 mq,  yod – 150 mkq, manqan – 1 mq,  selen – 25 mkq,  xrom – 25 mkq

 GAMMAFERTİL PRENATAL necə təsir göstərir? GAMMAFERTİL PRENATALın təsiri onun tərkibinə daxil olan bioloji aktiv komponentlərlə əlaqədardır.

Vitamin A – yağda həll olan vitamin olub, hamiləlik zamanı qaraciyərdə toplanır və dölün normal embrional inkişafı və böyüməsi, o cümlədən, dölün ağciyər, göz, ürək, böyrək, sümük, tənəffüs, qan dövranı və mərkəzi sinir sisteminin inkişafı üçün əhəmiyyətlidir. O, həmçinin infeksiyaları mübarizədə orqanizmə kömək edir və yağ mübadiləsində iştirak edir. Vitamin A doğuşa hazırlaşan qadınlara vacibdir, çünki vitamin A (xüsusilə əgər keysəriyyədən sonra toxumaları bərpa edirsinizsə) doğuşdan sonra toxumaların bərpasını sürətləndirir. O, həmçinin normal görmənin saxlanılmasını və immun sistemə infeksiyalarla mübarizədə kömək edir.

Vitamin D3 – qida ilə daxil olan kalsiumun daha yaxşı mənimsənilməsi üçün orqanizmə kömək edir, həmçinin sümüklərin və dişlərin möhkəmləndirilməsində mühüm rol oynayır. Bundan əlavə dölün sümük toxumasının vəziyyəti birbaşa olaraq hamilə qadınlarda vitamin D3 səviyyəsindən asılıdır. Vitamin D3  gələcək körpədə raxit xəstəliyinin yaranmasının və fiziki inkişafdan qalmanın qarşısını alır. Vitamin D3 hüceyrə membranının müdafiə xüsusiyyətlərini artıraraq, immun sisteminə müsbət təsir göstərir. Vitamin D3 həmçinin ürəyə və qan damarlarına müsbət təsir edir, diabetin yaranma riskini azaldır, anada və körpədə xərçəngin yaranma ehtimalını azaldır.

Vitamin E – ciftin formalaşmasıda, onun gələcək inkişafında vacib rol oyanayır, həmçinin vaxtından əvvəl ciftin qocalmasının , onun soyulmasının və düşüklərin qarşısını almaqla hamiləliyin qorunmasını təmin edir. Cift vasitəsilə göbək ciyəsində qan dövranını yaxşılaşdırmaqla körpə ilə ana arasında əlaqəni yaradır. Hamilələrdə bir çox hormonları sintez etməklə hamiləliyin normal gedişini təmin edir. Vitamin E prolaktinin sintezinə səbəb olmaqla gələcəkdə laktasiyanın olmasını təmin edir.

Vitamin C – güclü antioksidantdır. O oksidləşmə — bərpa proseslərinin requlyasiyasında vacib rol oynayır, kollagenin (bütün sümüklərin, qığırdaqların, damar divarlarının, birləşdirici toxumaların əsası) və prokollagenin sintezində, fol turşusunun və dəmirin mübadiləsində, həmçinin steroid hormonların və katexolaminlərin sintezində iştirak edir.

Vitamin B1 – tiamin kimi tanınan, hamilələrdə və döldə karbohidratları enerjiyə çevirməkdə yardımçı olan vitamindir. Vitamin B1 körpənin beyninin inkişafına, sinir siteminin, əzələlərinin və ürəyinin normal fəaliyyət göstərməsinə səbəb olur. Tiamin hamilələrin sinir sisteminə sakitləşdirici təsir göstərməklə, hamiləliyin gedişatına xarakter olan dəyişkən əhvalı daha asan keçirtmək imkanı yaranır.

Vitamin B2 – riboflavin kimi tanınan, hamiləlik zamanı enerji istehsal etmək üçün orqanizmə kömək edən əsas vitamindir. O körpənin böyüməsinə, görməsinin yaxşılaşmasına, dərisinin sağlamlığına və ən asası sümüklərin və əzələlərinin böyüməsinə, həmçinin sinir sisteminin inkişafına səbəb olan vitamindir.

Vitamin B3 – və ya PP vitamini kimi tanınan niasin oksidləşmə — bərpa proseslərində iştirak edir, damar genişləndirici xüsusiyyətə malikdir, toxuma tənəffüsündə, karbohidrat və zülal mübadiləsində iştirak edir, mədə şirəsinin xaric olmasını yaxşılaşdırır.

Vitamin B6 – piridoksin orqanizmə düşən zülalları, yağları və karbohidratları mənimsəməkdə yardımçı olan vitamindir. O həmçinin bətndaxili körpənin beyni və sinir sistemi üçün vacib olan yeni eritrositlərin, antitellərin və neyrotransmitterlərin formalaşmasında aktiv iştirak edir. Vitamin B6  hamiləliyin toksikozu zamanı yaranan ürəkbulanma və qusma kimi halları yüngülləşdirir və aradan qaldırır.

 Fol turşusu – və ya vitamin B9 nəinki hamilə qalmağı planlayan, həmçinin artıq hamilə olan qadınlara da çox vacibdir. Fol turşusu hamiləlik zamanı onurğa beyninin ciddi anadangəlmə qüsurunun (sinir borusunun qüsuru), belə ki, onurğa yarığı və beyin qüsurunun (anensefaliya) yaranmasının qarşısını alır. Fol turşusu həmçinin uşaqlarda digər anadangəlmə qüsurların, belə ki, qurd ağızlıq və dovşan dodaqlığın yaranmasının və həmçinin ürək qüsurlarının qarşısını alır. Fol turşusu eritrositlərin normal istehsalını təmin etməklə anemiyanın, xüsusilə oraqvarı-hüceyrə (OHA) anemiiyasının qarşısını alır. Hamiləlik zamanı ciftin hüceyrələrinin böyüməsinə və inkişaf edən dölə vacib olan əsas vitaminlərdən biridir.

Vitamin B12 – sianokobalamin dölün inkişafı və böyüməsində, həmçinin hamilələrin sinir sisteminin sağlamlığı üçün vacibdir. Hamilələrdə son tullantı məhsullarını orqanizmdən xaric edərək toksikozların yaranmasının qarşısını alır. Vitamin B12  immuniteti qaldırır və B12 defisitli anemiyanın yaranmasının qarşısını alır.

Kalsium pantotenat – vitamin B5 hamiləlik zamanı hormonların, xolesterinin sintezi və karbohidratların, zülalların və yağların mübadiləsi üçün çox vacibdir.

Biotin – yağ turşularının biosintezində, karbohidratların, amin turşuların mübadiləsində, həmçinin qaraciyərin və sinir sisteminin fəaliyyətində iştirak edir.

Kalsium – hamilələrdə sümüklərin və dişlərin möhkəmliyini qorumaqla yanaşı, döldə sümük toxumasının normal formalaşmasını təmin edir. Kalsium sinir, əzələ və damar sisteminin sağlamlığını qoruyur.

Maqnezium – hamilələrdə uşaqlığın tonusunu azaldır, vaxtındanəvvəl doğuşların və düşük riskini aradan qaldırır. Maqnezium həmçinin qarında ağrıların, əzələ spazmasının və qıcolmasının, ətrafların keyiməsinin, ürəkdöyünmənin və aritmiyanın qarşısını alır.

Dəmir – eritrositlərin əsas komponenti olan hemoqlobinin tərkib hissəsidir. Dəmir dəmirdefisitli anemiyanın qarşısını alır, vaxtındanəvvəl doğuş risklərini, aşağı çəkili körpə doğumu ehtimalını və uşaq ölümü riskini azaldır.

Sink – hamiləlik zamanı hüceyrələrin tez böyüməsini təmin edir. Bu mineral immuniteti qaldırır, dad və qoxu hissini yaxşılaşdırır, insulinin sintezini normallaşdırır, yaraların tez sağalmasını təmin edir.

Mis – hamilələrdə kifayət qədər eritrositlərin yaranmasını təmin edir. Hamiləlik zamanı dölün ürəyinin, qan damarlarının, skelet və sinir sisteminin formalaşmasında iştirak edir. Mis hamilələrdə dırnaqların və saçların uzanmasına səbəb olur.

Yod – hamilələrdə və döldə vacib rol oynayan mikroelementdir. Yod hamilələrin və dölün qalxanvarı vəzisinin funksiyasının normal fəaliyyəti üçün vacib elementdir. Yod hamiləlik zamanı düşük riskini azaldır, toksikozu aradan qaldırır, döldə əqli və psixi inkişafı, maddələr mübadiləsini yaxşılaşdırır.

Manqan – hamiləlik zamanı bu mineral sümük toxuması və qığırdaqların formalaşması üçün vacibdir. Manqan həmçinin karbohidratların, amin turşuların və xolesterinin formalaşmasında iştirak edən fermentlərin tərkibinə daxildir.

Selen – gələcək körpənin sümük və əzələlərinin formalaşması prosesində iştirak edir. Hamilələrdə gecikmiş toksikozun və vaxtından əvvəl doğuşların yaranmasının qarşısını alır.

Xrom – hamilələrdə qanda şəkərin səviyyəsini tənzimləyir, insulin hormonunun sintezini normallaşdırır, maddələr mübadiləsinini yaxşılaşdırır.

Hansı hallarda GAMMAFERTİL PRENATAL qəbulu tövsiyə olunur? GAMMAFERTİL PRENATALın qəbulu aşağıda qeyd olunan hallarda, kompleks müalicənin və profilaktikanın tərkib hissəsi olaraq tövsiyyə olunur:

  • Hamiləlik planlama zamanı, hamiləlik və laktasiya dövründə avitaminozun və hipovitaminozun, həmçinin mikroelementlərin və mineralların defisitinin müalicəsi və bu dövrdə onlara təlabatın artması və qəbulunun azalması
  • Dölün sağlam inkişafı üçün

GAMMAFERTİL PRENATAL qəbul qaydası necədir? GAMMAFERTİL PRENATAL  Gündə 1 dəfə 1 həb kifayət qədər su ilə daxilə qəbul olunur.

Nə vaxt GAMMAFERTİL PRENATAL qəbulu tövsiyə olunmur? Tərkibindəki maddələrə qarşı yüksək həssaslıq zamanı.

GAMMAFERTİL PRENATAL qəbulu zamanı hansı yan təsirlər müşahidə oluna bilər? Qəbul zamanı komponentlərə qarşı allergik reaksiyalara rast gəlinə bilər.

GAMMAFERTİL PRENATAL  buraxılış forması necədir? GAMMAFERTİL PRENATAL həb formasında buraxılır. Hər qutuda 60 həb vardır.

GAMMAFERTİL PRENATAL  necə saxlamalı? GAMMAFERTİL PRENATAL  3 yaşa qədər uşaqların əli çatmayan, quru və sərin yerdə saxlamaq məsləhət görülür. Bağlama üzərində göstərilən yararlılıq müddəti bitmiş GAMMAFERTİL PRENATAL  qəbul olunmamalı.

İstehsalçı: Gricar Chemical, Italy.