Gammafertil

 

Seksual aktiv cütlüklərin təxminən 15%-i ilk bir il ərzində övlad sahibi ola bilmir. Belə cütlüklərin 50%-ində sonsuzluq kişi faktoru ilə əlaqədardır.

Kişi sonsuzluğu genetik meyillik fonunda meydana çıxa bilər. Lakin əksər hallarda buna qeyri-müntəzəm cinsi fəaliyyət, urogenital infeksiyalar, siqaret və spirtli içkilərdən istifadə, qeyri-rasional qidalanma, daimi yorğunluq və stress səbəb olur.

Bu faktorlar nəinki spermatogenezi, eyni zamanda spermatozoidlərin hərəkətliliyi, miqdarı və morfologiyasını da pozur.

Normal reproduktiv fəaliyyət və spermatogenez üçün kişi orqanizminə bəzi vitaminlər, aminturşular və mikroelementlər tələb olunur.

Zərərli vərdişlər və digər neqativ faktorlar orqanizmdə bu maddələrin defisitinə və spermatogenezin müxtəlif mərhələlərində pozğunluqlara səbəb ola bilər.

Bu maddələrin requlyar və uzunmüddətli istifadəsi spermanın miqdarı və keyfiyyətini yaxşılaşdırır, sonsuzluğun müalicəsində yaranan problemlərin həllini asanlaşdırır.

Kişi sonsuzluğunun aradan qaldırılmasında ilk addım — sağlam həyat tərzi, normal qidalanma, müntəzəm cinsi əlaqə və spermatogenezi stimullaşdıran və aktivləşdirən bioloji aktiv maddələrin qəbuludur.

Requlyar və uzunmüddətli (3 ay) istifadəsi zamanı:

— Eyakulatın həcmini

— Spermatozoidlərin: Sayını; Konsentrasiyasını; Hərəkətliliyini; Morfologiyasını — Yaxşılaşdırır!

Tərkibi

Təsiredici maddələr: 2 tabletin tərkibində aşağıdakı maddələr vardır:

L-karnitin – 600 mq, L-arginin – 500 mq, Qlutation – 80 mq, Sink – 45 mq, E vitamini – 72 mq, Koenzim Q10 – 30 mq, Fol turşusu – 0,8 mq, Selen – 54,8 mkq, B12 vitamini – 4,0 mkq.

Farmakoloji xüsusiyyətləri

Tədqiqatlar göstərmişdir ki, Qammafertilin tərkibindəki bioloji aktiv maddələrin qəbulu spermanın kəmiyyət və keyfiyyət göstəricilərini  əhəmiyyətli dərəcədə yaxşılaşmasına, spermoqrammanın isə tam normallaşmasına kimi gətirib çıxara bilir.

L-Karnitin — orqanizmdə sintez olunur və spermatozoidlər üçün enerji mənbəyi rolunu oynayır. L-Karnitin spermatozoidlərin hərəkətliliyini və keyfiyyətini  artırır.

L-Arginin — orqanizm tərəfindən sintez olunan aminturşulardan biridir. O, insan orqanizminə çoxlu miqdarda lazımdır. L-argininin spermatozoidlərin sayı və hərəkətliliyini artırması tədqiqatlarla sübuta yetirilmişdir. L-arginin azot oksid sintezini artıraraq cinsi orqanlara qan axımını yaxşılaşdırır. Beləliklə, erektil disfunksiyalarda da yüksək klinik effekt göstərir.

Qlutation və selen— hər iki komponent sərbəst radikalları birləşdirməkdə kifayət qədər effektlidirlər. Çox güclü antioksidant olmaqla toxumalara zədələyici təsirin qarşısını alırlar. Hər iki antioksidant spermatozoidlərin hərəkətliyini artırmaq  xüsusiyyətlərinə malikdir.

Koenzim Q10 – spermanın mayalandırıcı funksiyasını və keyfiyyətini, eləcə də spermatozoidlərin hərəkətliliyini artırır.

Sink – orqanizmdə bir sıra biokimyəvi proseslərdə iştirak etmək və antioksidant təsir göstərməklə yanaşı, spermatozoidlərin möhkəmliyini artırır, sürətlə hərəkət edən spermatozoidlərin sayını, spermatogenez üçün lazım olan testesteronun səviyyəsini artırır.

E vitamini – spermatozoidlərin hərəkətini yaxşılaşdırır, onların yumurtahüceyrələrə daxil olma qabiliyyətini artırır, antioksidant təsir göstərir.

Fol turşusu – hüceyrələrin bölünmə və çoxalması, qanyaranma, sinir hüceyrələrində metabolizm prosesləri üçün həyati vacib komponentdir. Hollandiyada aparılmış son tədqiqatlar fol turşusunun normal morfologiyalı spermatozoidlərin miqdarını artırdığını göstərmişdir.

B12 vitamini – hormonal balansı normallaşdırır, testosteron sintezində iştirak edir, immuniteti artırır, prostat hüceyrələrini fəallaşdırır.

İstifadə qaydası və dozası

Gündə 2 tablet, az miqdarda su ilə qəbul edilir. Spermatogenez fazasının optimallaşması üçün preparatı 3 aydan az olmayaraq qəbul etmək lazımdır.

Blisterdə 10 tablet. Hər qutuda 6 blister.

İstehsalçı

Gricar Chemical S.r.l., Via San Giuseppe 18/20, Brugherio (MBİ), İtaliya.

 

PDF versiyasına burdan baxa bilersiniz — Gammafertil PDF